Dünya təcrübəsində mənzilin alınmasına çəkilən xərci təxminən 10 ilə, onu kirayəyə verməklə çıxarmaq olur. Yəni əmlakın illik gəlirliliyi 10% civarındadır.
Azərbaycanda isə bu rəqəm təxminən 6%-dir. Məsələn, Bakıda 100 000 manata alınmış 2 otaqlı mənzili kirayəyə verməklə ayda 500 manat, ildə isə 6 000 manat qazanmaq olar. Halbuki, yerli bankların əmanətlərə görə təklif etdiyi gəlir bundan 2 dəfə çoxdur. Yəni əlində 100 min manatı olan adam əmlak almaqdansa, onu əmanət kimi banka qoysa, ayda 1 000 manat, ildə isə 12 000 manat faiz gəliri əldə edəcək.
#azerbaycan #menzilbazari #iqtisadiyyat